Şəkərli diabet və COVİD-19

Şəkərli diabet və COVİD-19

İndi yəqin ki, Coronavirus (COVİD-19) barədə danışmaq günün aktuallığından irəli gəlir. Bütün mətbuat , dünya bu barədə danışır. Əlbəttdə bu barədə danışmamaq mümkün deyil. Xəstəliyin yaranması, klinik əlamətləri, ölüm halları barədə internet məkanında çoxlu sayda məlumtlar var. Maraqlısı odur ki, bu virus infeksiyasının sonrakı gedişatı necə olacaq, özündən sonra hansı fəsadlar qoyacaq.  Bir endokrinoloq kimi məni də maralandıran odur ki, bu virus endokrinoloji xəstələrə necə təsir edəcək. Yəni məlumdur ki, xəstə artıq endokrinoloji xəstəliklə xroniki xəstədirsə, ümumiyyətlə endokrinoloji xəstələr xronik xəstələr sayılır, bu virusa yoluxması xəstəliyin vəziyətini ağırlaşdıracaq.  Endokrinoloji xəstəliklə ilkin xəstələnən xəstələrdə isə  vəziyyət başqa olar yəqin. Birincisi sual yarana bilər ki, bu virus şəkərli diabetin yaranmasına səbəb ola bilər yoxsa yox, yəni epidemiya zamanı uşaqlarda çəkərli diabetin sayı artacaq yoxsa yox. Nəzərə cəhətdən demək olar ki, yəqin ki artar. Amma praktik cəhətdən buna yanaşmaq lazımdır. Bu yaxınlarda biz  uşaqlarda virusların və bakteriyaların şəkərli diabetə səbəb ola biləciyi barədə elmi bir iş apardıq. Bu iş beynəlxalq bir iş idi və Azərbaycan da bu elmi işdə iştirak edirdi. İşin məqsədi azərbaycan populyasiyasında şəkərli diabetin  yaranmasında virusların rolunu öyrənmək idi. Bu məqsədlə bir qrup xəstə və sağlam uşaqlarda 80 viris növü  təyin edildi. Analizlər xəstə və sağlamlardan götürülüərək xaricə göndərildı və Avropa sertifikatı qazanmış molekulyar genetik laboratoriyada təyin edildi. Belə məlum oldu ki, 80 virusun heç biri  azərbaycan populyasiyasından olan uşaqlarda xəstəliyin yaranmasına səbəb olmayıb. Belə fikirləşmək olar ki, 80 virus xəstəliyin yaranmasına səbəb olmayıbsa, yəqin ki Coronavirus da (COVİD19)  bizim populyasiyada xəstəliyin yaranmasına səbəb olmaz. Buna əlbəttə zaman lazımdır.