“Uşaq Endokrinologiyasında Müasir Yanaşmalar” konfransı Bakıda keçiriləcək

“Uşaq Endokrinologiyasında Müasir Yanaşmalar” konfransı Bakıda keçiriləcək

“Uşaq Endokrinologiyasında Müasir Yanaşmalar” konfransı Bakıda keçiriləcək

26–27 noyabr 2026-cı il tarixlərində Bakıda “Uşaq Endokrinologiyasında Müasir Yanaşmalar” adlı elmi konfrans keçiriləcəkdir.

Tədbir TAPES – Türk Pediatrik Endokrin Dərnəkləri Birliyi tərəfindən təşkil olunur və türkdilli ölkələrin pediatr endokrinoloqlarını bir araya gətirməyi hədəfləyir.

Konfransın əsas məqsədi uşaq endokrinologiyası sahəsində aktual elmi və klinik mövzuların müzakirəsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlıq imkanlarının gücləndirilməsidir.

İki günlük elmi proqram çərçivəsində uşaq diabeti, boy geriliyi, qalxanabənzər vəzi xəstəlikləri, böyrəküstü vəzi pozğunluqları, pubertat problemləri, cinsiyyət inkişafı pozğunluqları, D vitamini metabolizmi, raxit, uşaq piylənməsi, süni intellekt və rəqəmsal texnologiyaların pediatrik endokrinologiyada rolu kimi mövzular müzakirə olunacaqdır.

Konfransda Azərbaycan, Türkiyə/TRNC, Özbəkistan, Qırğızıstan və Qazaxıstandan mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Tarix: 26–27 noyabr 2026
Məkan: Bakı, Azərbaycan
İştirak haqqı: 200 AZN / 120 USD / 110 EUR
Ətraflı məlumat və qeydiyyat: www.medidoc.az