Lənkəranda uşaq sağlamlığına həsr olunmuş regional konfrans keçiriləcək

Lənkəranda uşaq sağlamlığına həsr olunmuş regional konfrans keçiriləcək

Lənkəranda uşaq sağlamlığına həsr olunmuş regional konfrans keçiriləcək

13 sentyabr 2026-cı il tarixində Lənkəran şəhərində Azərbaycan Uşaq Endokrinologiyası Cəmiyyətinin təşkilatçılığı ilə “Uşaq sağlamlığında müasir yanaşmalar: Endokrinologiya və Pediatriya” adlı regional konfrans keçiriləcək.

Tədbirin əsas məqsədi uşaq endokrinoloqları, pediatrlar və ilkin səhiyyə xidmətində çalışan həkimlərin uşaqlarda endokrin və digər geniş yayılmış pediatrik xəstəliklərin erkən aşkarlanması, diaqnostikası və müasir müalicə yanaşmaları üzrə bilik və praktik bacarıqlarının artırılmasıdır.

Konfrans çərçivəsində qısa boy, hipotireoz, hipokalsemiya və hiperkalsemiya, qızlarda reproduktiv sistem pozuntuları, uşaq qastroenterologiyası, aşağı tənəffüs yollarının infeksiyaları, uşaqların müalicəsinə kompleks yanaşma, vitamin və mineral dəstəyi kimi aktual mövzular müzakirə ediləcək.

Proqramda elmi məruzələr, klinik halların təhlili, müzakirələr və real klinik situasiyalar üzrə interaktiv panel nəzərdə tutulub.

Tarix: 13 sentyabr 2026-cı il
Məkan: Lənkəran, Dəniz hoteli, Sahil küçəsi
Əlaqə: 077 550 03 03, 050 315 36 71

Tədbir uşaq sağlamlığı sahəsində çalışan mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinə, müasir klinik yanaşmaların praktikada tətbiqinə və regionlarda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verməyi hədəfləyir.